AZ

UEFA Konfrans Liqası: "Araz-Naxçıvan" III təsnifat mərhələsinə adlayıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) cavab matçında heç-heçə edən "Araz-Naxçıvan" növbəti mərhələyə vəsiqə qazanıb.

Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda baş tutan qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Fabiano Leysman (62) və Monçu (90) fərqlənib. Naxçıvan klubundan isə Çarlz Boli (11) və Felipe Santos (38) rəqib qapısının torunu silkələyib.

"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb. Rəqibin heyətində isə Fabiano Leysman 90+8-ci dəqiqədə ikinci sarı vərəqədən sonra meydandan qovulub.

Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə Naxçıvan klubu 2:1 hesablı qələbəyə sevinmişdi.

Elmar Baxşıyevin komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin "Omoniya" klubu ilə üz-üzə gələcək. Bu komandalar arasında ilk görüş avqustun 7-də, saat 20:00-da. “Dalğa Arena”da, cavab matçı isə avqustun 14-də səfərdə keçiriləcək.

00:06

Seçilən
21
cbcsport.az

1Mənbələr