UEFA Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub. 

Offsideplus.az xəbər verir ki, bu gün cavab oyunları çərçivəsində 8 matç keçirilib. İlk oyunda "Şaxtyor"a 2:4 hesabı ilə məğlub olan "Beşiktaş" geridönüş edə bilməyib və ikinci matçda 0:2 hesabı ilə uduzub. 

Beləliklə, AL-də növbəti mərhələyə adını yazdıran komandalar "Hakken", CFR, "Utrext", "Şaxtyor", "Legiya", "Midtyüllan" və "Braqa" olub. 

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları 7 avqustda, cavab görüşləri isə 1 həftə sonra keçiriləcək.