AZ

"Sabah"ın Konfrans Liqasının 3-cü mərhələsindəki rəqibi bəlli oldu

Xəbər verdiyimiz kimi, Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçirilən "Sabah" - "Petrokub" matçında təmsilçimiz 4:1 hesablı qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.

Sportal.az xəbər verir ki, 3-cü təsnifat mərhələsində təmsilçimiz Bolqarıstan klubu "Levski" ilə qarşılaşacaq. Belə ki, Avropa Liqasının matçında Sofiya klubu Avropa Liqasının II təsnifat mərhələsində Portuqaliya "Braqa"sına iki oyunun yekununda uduzub. Hər iki matçın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Əlavə vaxtda isə "Braqa" qol vuraraq adını növbəti mərhələyə yazdırıb. "Levski" cütün məğlub tərəfi kimi mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Qeyd edək ki, "Sabah" ilk oyununu avqustun 7-də səfərdə, cavab görüşünü isə avqusun 14-də evdə keçirəcək.

saytlarin hazirlanmasi

Seçilən
8
1
sportal.az

2Mənbələr