"Sabah"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu, Bolqarıstan təmsilçisi "Levski"di.
Sofiya klubu Avropa Liqasının 2-ci təsnifat mərhələsində Portuqaliya "Braqa"sına iki oyunun yekununda uduzub. Hər iki matçın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Əlavə vaxtda isə "Braqa" Fran Navarranın 104-cü dəqiqədə vurduğu qolla qələbəyə nail olub.
Püşkə əsasən, "Levski" cütün məğlub tərəfi kimi mübarizəni Konfrans Liqasında davam etdirəcək.
"Sabah" ilk oyununu avqustun 7-də səfərdə, cavab görüşünü isə avqusun 14-də evdə keçirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta