AZ

Konfrans Liqası: "Sabah"ın rəqibi məlum oldu

BAKI. 1 avqust. TELEQRAF

"Sabah" komandasının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu, Bolqarıstan təmsilçisi "Levski"dir.

Sofiya klubu Avropa Liqasının II təsnifat mərhələsində Portuqaliya "Braqa"sına iki oyunun yekununda uduzub. Hər iki matçın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Əlavə vaxtda isə "Braqa" Fran Navarranın 104-cü dəqiqədə vurduğu qolla qələbəyə nail olub.

Püşkə əsasən, "Levski" cütün məğlub tərəfi kimi mübarizəni Konfrans Liqasında davam etdirəcək.

"Sabah" ilk oyununu avqustun 7-də səfərdə, cavab görüşünü isə avqusun 14-də evdə keçirəcək.

Seçilən
39
1
teleqraf.com

2Mənbələr