"Zirə" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Rekord.az xəbər verir ki, "qartallar" Xorvatiyada yerli "Hayduk" komandası ilə qarşılaşıb.
Bakıda keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatmışdı. Rəşad Sadıqovun komandasına növbəti mərhələyə yüksəlmək üçün yalnız qələbə lazım idi. Lakin azlıqda qalmasına baxmayaraq, oyunu əlavə vaxta qədər daşımağı bacarmış "Zirə"nin bundan artığına gücü çatmayıb və avrokuboklarla erkən vidalaşıb.
Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
31 iyul
Hayduk - Zirə 2:1
Qollar: Filip Krovinoviç, 19. Yassin Benrabu, 95 - İssa Cibrilla, 90+3.
Qırmızı vərəqə: Rikardo Quima, 77 (ikinci sarı).
Baş hakim: Luka Payretto (İtaliya)
Split. "Polyud Stadium"
İlk oyun - 1:1
Hayduk: 1. İvitsa İvuşiç, 4. Adrion Payaziti, 7. Antoni Kalik, 10. Marko Livaya (k), 22. Branimir Mlaçiç, 23. Filip Krovinoviç, 28. Roko Braykoviç, 29. Fran Karaçiç, 31. Zvonimir Şarliya, 32. Şimun Hrqoviç, 37. Noa Skoko.
Ehtiyat oyunçular: 13. İvan Luçiç, 33. Toni Siliç, 5. İsmael Diallo, 6. Mihael Japer, 8. Niko Siqur, 11. Mişel Şeqo, 17. Dario Melnyak, 21. Rokas Pukştas, 24. Bamba Sanyanq, 34. Bruno Durdov, 38. Luka Hodak, 45. Yassin Benrabu.
Baş məşqçi: Qonsalo Qarsiya.
Zirə: 97. Tyaqo Silva, 4. Ruan Renato, 7. Rövlan Muradov, 8. İsmayıl İbrahimli, 11. Martins Junior, 17. Ayron Qomis, 20. İssa Cibrilla, 26. Stefan Akka, 30. Rikardo Quima, 32. Qismət Alıyev (k), 97. Abdul Aziz Batibye.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 9. David Volkov, 10. Georgi Papunaşvili, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov.