AZ

Milli üzvünün komandası KL-da mərhələ adladı

Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

Futbolpress.az xəbər verir ki, Bolqarıstan təmsilçisi II təsnifatda Finlandiyanın HİK komandasını mübarizədən kənarlaşdırıb.

Komandalar arasındakı ilk oyun qolsuz başa çatıb. Cavab matçında isə əsas və əlavə vaxt bərabərliklə bitib – 2:2. Oyunun qalibi penaltilər seriyasından sonra müəyyənləşib. Son zərbələrdə daha dəqiq olan “Arda” 4:3 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.

Cəlal bu görüşdə start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

Seçilən
65
futbolpress.az

1Mənbələr