“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”ə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Meydanda gərgin mübarizə gedirdi. Bizi nələrin gözlədiyini bilirdik, çətin oyun oldu. Düşünürəm ki, layiqli mübarizə aparıb, mərhələ adladıq.
Penalti epizoduna gəlincə, hakimlərin qərarını heç vaxt şərh etmirəm. İlk oyunda bizim xeyrimizə penalti verilmədi, amma danışmadı. Hesab edirəm ki, penalti oyunun qırılma nöqtəsi deyildi”.
“Araz-Naxçıvan” iki oyunun nəticəsinə görə (2:1, 2:2) III təsnifat mərhələsinə yüksəlib. Komandanın rəqibi “Omoniya” (Kipr) olacaq.