AZ

"Aris" - "Araz-Naxçıvan" oyunundan sonra insident - VİDEO

BAKI. 1 avqust. TELEQRAF

Yunanıstanda "Aris" və "Araz-Naxçıvan" arasında keçirilmiş UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra insident baş verib.

Teleqraf-ın məlumatına görə, qarşılaşmanın ardından Azərbaycan klubunun futbolçuları növbəti mərhələ sevincini yaşadığı vaxt yerli komanda iki oyunun yekununda məğlubiyyəti həzm edə bilməyib.

Nəticədə tərəflər arasında münaqişə yaşanıb. İnsidentin əlbəyaxa davaya keçməsinə imkan verilməyib.

Şotlandiyalı baş hakim Devid Dikinson "Araz-Naxçıvan"dan Ba-Muaka Simakalaya sarı, "Aris"dən Fabiano Laysmanna qırmızı vərəqə göstərib.

Qeyd edək ki, ilk matçda 2:1 hesablı qələbə qazanan "Araz-Naxçıvan" səfərdə heç-heçəyə nail olub - 2:2. Naxçıvan təmsilçisi Konfrans Liqasının III təsnifat mərhələsində Kipr "Omoniya"sı ilə üz-üzə gələcək.

Seçilən
20
teleqraf.com

1Mənbələr