Ağstafada piyadanı maşın vuraraq öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonunda yerləşən marketlərin birinin qarşısında baş verib. Hərəkətdə olan minik maşını yolu keçmək istəyən piyada, 2004-cü il təvəllüdlü E.Fazıyevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, E.Fazıyev bir neçə gün əvvəl hərbi xidmətdən gəlibmiş.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı aradırma aparılır.
Tural Əhmədov