AZ

Avropa İttifaqı biometrik sərhəd nəzarəti sisteminə keçəcək

Avropa İttifaqı (Aİ) oktyabrın 12-dən etibarən Şengen zonasında yeni biometrik giriş-çıxış sistemini (EES) tətbiq etməyə başlayacaq. Bu sistem vasitəsilə Aİ-yə daxil olan və çıxan şəxslərin pasport möhürlərinin əvəzinə onların barmaq izi və üz tanıma məlumatları toplanacaq.Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, yeni texnologiya Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşlarına şamil olunacaq və onların Aİ ərazisində qalma müddətləri, sərhəd keçidləri və vizasız girişlərin sayı daha effektiv şəkildə izlənə biləcək. Avropa Komissiyası bildirib ki, bu addım təhlükəsizliyi artırmaq, miqrasiya axınlarını izləmək və saxta sənədlərlə girişlərin qarşısını almaq məqsədi daşıyır. Biometrik məlumatlar 3 il müddətinə saxlanacaq.

Sistem əvvəlcə bir neçə dəfə təxirə salınsa da, indi mərhələli şəkildə 2026-cı ilin aprel ayına qədər tam tətbiq olunacaq. Müvafiq dövlətlərə sərhədlərdə yaranan sıxlığın qarşısını almaq üçün təlimatlar verilib.

Seçilən
36
metbuat.az

1Mənbələr