UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" bu gün "Hayduk"la məsələlər aydınlıq gətirəcək.
Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Xorvatiya səfərindədir. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu qarşılaşmada azərbaycanlı azarkeşlər "Zirə"ni tək qoymayacaq, "Polyud" stadionunda 15-20 nəfərin dəstəyi gözlənilir.
Bakıdakı ilk matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, "Zirə" mərhələni adlayarsa, “Atlètic Club d’Escaldes”i (Andorra) üstələyən “Dinamo City” (Albaniya) (2:2; 1:2) ilə qarşılaşacaq.
23:00. “Hayduk” (Xorvatiya) - “Zirə” (Azərbaycan) 1:1 (İkinci hissə)
Qol: Filip Krovinoviç, 19. - İsa Cibrilla, 90+3.
Qırmızı vərəqə: Quima, 77.
Baş hakim Danilo Nikoliç (Serbiya)
Split. "Polyud" stadionu
İlk oyun – 1:1
"Hayduk": 1. İvuşiç, 4. Payaziti, 7. Kalik, 10. Livaya (k), 22. Mlaçiç, 23. Krovinoviç, 28. Braykoviç, 29. Karaçiç, 31. Şarliya, 32. Ş. Hrqoviç, 37. Skoko.
Ehtiyat oyunçular: 13. Luçiç, 33. Siliç, 5. Diallo, 6. Japer, 8. Siqur, 11. Şeqo, 17. Melinyak, 21. Pukştas, 24. Sanyanq, 34. Durdov, 38. Hodak, 45. Benrahu.
"Zirə": 97. Tiaqo Silva, 4. Ruan Renato, 7. Rövlan Muradov, 8. İsmayıl İbrahimli, 11. Martins Junior, 17. Ayron Qomis, 20. İssa Cibrila, 30. Quima, 32. Qismət Alıyev (k), 87. Abdul Batibie, 26. Stefan Aka
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Salim Həşimov, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 21. Hacıağa Hacıyev, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 77. Yeqor Boqomolski