AZ

Pezeşkianın Azərbaycan siyasətində açılım planı



İran prezidenti M.Pezeşkian Azərbaycanla bağlı çox önəmli siyasi açıqlama verib. Bu gün prezidenti Məsud Pezeşkian Zəncan əyalətinə səfəri zamanı Azərbaycanla münasibətlərə dair açıqlama verib. “Azərbaycan bizə doğmadır! Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim? Biz əlaqə qura bilmirik, amma İsrail bunu bacarır? Bacı-qardaşlarımızla düzgün və mehriban münasibət qura bilməməyimizdə problemin harada olduğunu görməliyik”, - deyə, M.Pezeşkian qeyd edib.
İran prezidenti əlavə edib ki, əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir: “Əlaqə yaradılmayıbsa, günah bizdədir”.
Göründüyü kimi, İran prezidenti bununla mühafizəkarları iddiham edib. Həmçinin M. Pezeşkian Azərbaycanla sıx əməkdaşlıq etmək istəyir. Amma, bu əməkdaşlığın inkişaf etdirilməsinə parinarist -muhafizakar dairə imkan vermir. Bununla da M.Pezeşkian problemin İranda olduğunu qeyd etməklə, xalqa açıq mesaj verdi.
Qeyd edim ki, İranda hökumətdə təmsil olunan islahatçılar və onların rəhbəri M. Pezeskian sistem daxilində islahatlar aparmaq niyyətindədir. Prezident mühafizəkarların xarici siyasət xəttinə tabe olmaq istəmir və sistem daxilində "inqilab" etmək niyyətindədir. Uranın hazırkı durumunun səhv xarici siyasətdə olduğunu vurğulayır.
Doktor M.Pezeskianın bu möveyi əsasən, SEPAH anti-Azərbaycan generalları öldürüldükdən sonra, verməsi təsadüfi deyil. İsrailin hücumu zamanı müəyyən təsir gücünə malik olan generallar sıradan çıxarılıb. Buna baxmayaraq, Ali rəhbər Ə.Xamneinin müşavirləri Ə. Şamxani, Ə.Vilayəti və Laricani kimi anti-Azərbaycan siyasi xətti müəyyən mühafizəkarlar vəzifədədirlər. Ötən həftə Xamneinin müşaviri Əkbər Vilayəti anti-Azərbaycan mövqeyini birdaha ortaya qoydu. Hazırda bu qrup prezidentə kifayət qədər təzyiq etmək iqtidarındadır.
Prezident M. Pezeşkianın bu açıqlaması, bir daha göstərir ki, İranın kütləvi informasiya vasitələrində və dövlət rəsmilərinin anti-Azərbaycan siyasəti düşünülmüş şəkildə sistemli həyata keçirilir.
Ona görə də M.Pezeskianın bu siyasəti müsbət nəticə verməyəcək. Hakim mühafizəkar kəsim prezidentə ciddi təzyiqlər etməsi mümkündür. Demək olar ki, prezident aparatı ilə Xamneiə bağlı qurum arasında fikir ayrılıqları siyasi qarşıdurmaya keçə bilər.
Hazırda İranın Azərbaycan siyasəti ənənəvi şəkildə Tehran tərəfindən davam etdiriləcək. Baxmayaraq ki, prezident İlham Əliyev İranla siyasi və iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Bunun üçün aydın siyasət ortaya qoyub. Amma, rəsmi Tehrandan adekvat siyasət sərgilənmir.
Əgər, ABŞ və İsrail tərəfindən İrana növbəti hərbi əməliyyatlar keçirilib, Ə. Xamnei və digər söz sahibi olan qruplar zərərləşdirilsə, prezident M.Pezeskian İranda açılım siyasətinə gedə bilər. Hazırda ABŞ və İsrail İrana növbəti hərbi zərbə vurmaq planına malikdir. Növbəti dəfə İran nüvə danışıqları ilə bağlı şərtlər irəli sürüb.
Məhəmməd Əsədullazadə
Seçilən
11
newscenter.az

1Mənbələr