AZ

"Real"ın müraciəti rədd edildi

Xəbər verdiyimiz kimi, Madrid klubu klublararası dünya çempionatında iştirakla bağlı səbəblərə görə La Liqanın 1-ci turunda 19 avqustda keçirilməsi planlaşdırılan oyunun 29 oktyabra keçirilməsini xahiş etmişdi.

Sportal.az xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının (RFEF) hakimi qərarını açıqlayıb və oyunun təxirə salınmayacağını bildirib.

Qərarda deyilir:

"Klubların heyətində maksimum 25 qeydiyyatdan keçmiş futbolçu ola bilər. RFEF-in ixtiyarında olan məlumata görə, hazırda 'Real"ın heyətində 23 futbolçu qeydiyyatdan keçib. Klub bu iki əlavə yeri istifadə etməməyi özü qərarlaşdırıb.

23 oyunçudan ibarət heyət o deməkdir ki, klub oyunçuların yüklənməsinə və istirahət dövrlərinə düzgün yanaşmaqla, zədələrin qarşısını almaq üçün tədbirlər görməli olsa da, yarış təqviminə uyğun gəlmək üçün kifayət qədər oyunçuya malikdir."

saytlarin hazirlanmasi

Seçilən
8
sportal.az

1Mənbələr