YEVLAX, 31 iyul. TELEQRAF
11 gün gün öncə Yevlaxda Kür çayında batan kişinin meyiti tapılıb.
Teleqraf-ın Mərkəzi Aran Bürosu xəbər verir ki, 1986-cı il təvəllüdlü Sənan İlham oğlu Əliyevin meyiti Aran Dalğıc Axtarış qrupu tərəfindən tapılaraq sahiləçıxarılıb və aidiyyati üzrə təhvil verilib.
Qeyd edək ki, Bərdə sakini S.Əliyev iyulun 20-də Kür çayında çimmək istəyərkən batıb.