O, açıqlaması bitəndən sonra “Football-plus.az”ın əməkdaşına komandanın yeni transferi Sami Mmae haqda danışıb:
“Mmaenin transferi tam başqadı. O futbolçu çox ürəyimi açır. Həqiqətən də istəklidi, vuruşur, döyüşür. Oyundan sonra paltardəyişmə otağına getdim, o ruhu, əzmkarlığı gözlərindən hiss etdim. Fiziki cəhətdən də çox güclüdü”.
Xatırladaq ki, adı çəkilən futbolçu “Qarabağ”a Zaqreb “Dinamo”sundan gəlib.MÜZƏFFƏR QULUZADƏ