AZ

Rusiya Paşinyanı devirməyə və Azərbaycanla yeni müharibəyə hazırlaşır – ŞOK

Son həftələrdə Rusiyanın Cənubi Qafqazda hərbi-strateji aktivliyində narahatedici dəyişikliklər müşahidə olunur.

KONKRET.az xəbər verir ki, bu barədə Caliber.Az redaksiyasının əldə etdiyi məlumatlarda qeyd olunur. Məlumata görə, Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasında aktivlik artıb. Bu artım nə şəxsi heyətin rotasiyası, nə də adi planlı tədbirlərlə bağlıdır. Əksinə, hərbi resurslardan daxili siyasi proseslərə müdaxilə vasitəsi kimi istifadə edilməsinə dair ciddi şübhələr var.

İyul və iyun aylarında Rusiya Azərbaycandan hava məkanından istifadə edərək Ermənistana hərbi yük daşınmasına icazə istəyib. Bakı isə bu tələbi qəti şəkildə rədd edib. Azərbaycan tərəfinin bu qərarı milli maraqları və mümkün təhlükələri nəzərə alaraq qəbul olunub.

Göndərilməsi nəzərdə tutulan silahların tərkibi də diqqətçəkicidir: şəhər döyüşlərinə və yaxın məsafəli qarşıdurmalara hesablanmış silahlar bu prosesin sadəcə Ermənistan-Azərbaycan sərhədində deyil, Ermənistanın daxilində də hərbi toqquşmalara hazırlıq olduğunu göstərir.

Caliber.Az yazır ki, Rusiya Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı devirmək və onu Moskva yönümlü “köhnə qvardiya” ilə əvəzləmək planı üzərində işləyir. Bu kontekstdə Robert Koçaryan, Serj Sərkisyan və Samvel Karapetyanın adları önə çıxır. Moskvanın məqsədi Ermənistanda süni xaos yaradaraq, bu şəxsləri “xilaskar” obrazında hakimiyyətə gətirmək və bölgədə nüfuzunu bərpa etməkdir.

Əgər bu ssenari həyata keçərsə, növbəti mərhələ kimi Ermənistanın xarici kursunun dəyişdirilməsi və Azərbaycana qarşı gərginliyin artırılması gözlənilir. Məhz bu səbəbdən Rusiyanın Ermənistana ağır silah göndərmək cəhdləri xüsusi narahatlıq doğurur.

Bu proses regionda təhlükəli sabitsizlik mərhələsinə keçidi, Ermənistanın siyasi azadlığının itirilməsi və Cənubi Qafqazda yeni münaqişə ocaqlarının yaranması ilə nəticələnə bilər. Azərbaycan isə bu oyunun passiv iştirakçısı olmayacaq – regionda sabitliyin pozulmasına yol verilməyəcək.

Natiq Səlim,
KONKRET.az

Seçilən
33
konkret.az

1Mənbələr