AZ

İsrail təyyarələri "Hizbullah" hərbi obyektlərini bombalayıb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr cümə axşamı Livanın şərqində "Hizbullah"ın raketlərin istehsal olunduğu və saxlanıldığı hərbi hədəflərə 14 reyd keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, bombardmanlar Suriya ilə sərhəddəki dağlıq ərazidə şiə birləşmələrinin yeraltı tikililəri və anbarları, həmçinin Baalbek, Britel, Janta, Nabi Şit və Hermel yaxınlığındakı bazalarını hədəf alıb.

Livanın cənubunda silahlıların hərəkətinin müşahidə olunduğu Aişiya, Əl-Cermuk, Əl-Mahmudiya ərazilərinə, həmçinin Vadi Burquz dərəsinə hava zərbələri endirilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Seçilən
30
ucnoqta.az

1Mənbələr