AZ

Coy-Lens Mikels ardıcıl het-triklərinin səbəbini açıqladı - Mənə bu azadlıq verilmirdi - MÜSAHİBƏ

BAKI, 31 iyul. TELEQRAF

“Sabah” komandasının futbolçusu Coy-Lens Mikels UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldova "Petrokub"nu evdə 4:1 hesabı ilə məğlub etdikləri görüşün qəhrəmanı olub.

Almaniyalı hücumçu Əlincə stadionunda "het-trik" etməklə yanaşı, 4-cü qolun məhsuldar ötürmə müəllifi də olub.

Qarşılaşmadan sonra 31 yaşlı forvard Teleqraf-a müsahibəsində qələbə təəssürartlarını və növbəti mərhələdən gözləntilərini bölüşüb:

- Təbrik edirik! Qələbə və növbəti mərhələyə vəsiqə haqqında fikirləriniz necədir?

- Çox sevincliyəm. Növbəti mərhələyə yüksəldiyimiz üçün xoşbəxtəm. İndi gözləyirik ki, rəqibimiz Portuqaliya "Braqa"sı, yoxsa Bolqarıstan "Levski"si olacaq. Hər iki komanda güclüdür, amma bizim üçün fərqi yoxdur. Kim olursa olsun, biz qələbə qazanmalıyıq. Çünki məqsədimiz mərhələ-mərhələ irəliləməkdir.

- Sizə növbəti raundda hansı rəqib daha uyğun görünür?

- Düzü, hər ikisi çətin rəqibdir. Amma bu mərhələdə artıq seçim deyil, nəticə önəmlidir. Kim düşəcəksə, qalib gəlməliyik. Qələbə bizi növbəti raunda aparacaq və bu da əsas hədəfdir.

- Azərbaycan Premyer Liqasında yeni mövsüm yaxınlaşır. “Sabah”ın və şəxsən özünüzün məqsədləriniz nələrdir?

- Hələlik konkret nə isə demək tezdir. Amma hər oyunu qazanmaq, Konfrans Liqasının təsnifat mərhələlərində isə maksimum nəticə qazanmaq, qrup mərhələsinə qədər irəliləmək istəyirik. Əsas olan budur ki, hər görüşdən nəsə öyrənib daha da güclənək.

- Bu gün stadiondakı atmosfer sizi qane etdi?

- Ab-hava yaxşı idi. Azarkeşlərə təşəkkür edirəm. Ümid edirəm ki, növbəti ev oyunlarında daha da çox azarkeş olacaq və bizi daha güclü dəstəkləyəcəklər. Onların dəstəyi həqiqətən motivasiya verir.

- Son iki oyunda ardıcıl dubla imza atdınız. Bu yüksəlişin sirri nədir?

- Açığı, hazırkı baş məşqçi Valdas Dambrauskas mənə istədiyim kimi oynamağa azadlıq verir. Mənə sərbəstlik veriləndə, qollar da gəlir. Həmişə belə olub. Əvvəlki baş məşqçi Vasili Berezutski isə bu azadlığı vermirdi, ona görə də istədiyim oyunu göstərə bilmirdim. İndi isə özümü daha yaxşı hiss edirəm və nəticələr də ortadadır.

Seçilən
15
teleqraf.com

1Mənbələr