ABŞ Prezidenti Donald Tramp iyulun 30-da Pakistanla yeni saziş imzaladığını və bu müqaviləyə əsasən, amerikalı iş adamlarının pakistanlı həmkarları ilə birlikdə ölkədəki neft ehtiyatlarının işlənilməsi üçün çalışacaqlarını açıqlayıb.
Bu barədə Tramp “Truth Social” platformasında yazıb.
“Biz hazırda bu tərəfdaşlığa rəhbərlik edəcək neft şirkətini seçirik. Kim bilir, bəlkə bir gün onlar Hindistana neft satacaqlar”, – Donald Tramp yazıb.
MənbəOXU.AZ