AZ

"Neftçi" Çempionlar Liqasının ilk matçında məğlub oldu

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi qadınlardan ibarət “Neftçi” komandası iyulun 30-u 2025/2026-cı illər mövsümündə ilk oyununa çıxıb.

Sportal.az xəbər verir ki, komanda I təsnifat mərhələsinin yarımfinalında Türkiyənin “Fomget” klubu ilə qarşılaşıb.

Albaniyanın paytaxtı Tiranada təşkil olunan görüş Türkiyə komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Fomget” avqustun 2-də II təsnifat mərhələsinə yüksəlmək uğrunda final matçında İsrailin “Kiryat” klubu ilə qarşılaşacaq.

saytlarin hazirlanmasi

Seçilən
16
1
sportal.az

2Mənbələr