Türkiyənin mağaza şəbəkələrindən biri olan BİM-in əməkdaşı iş rejiminin ağırlığını əks etdirən görüntülər paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, gənc kassir bildirib ki, mağaza rəhbərliyinin oturmaq qadağasına, habelə, bir neçə nəfərin görməli olduğu işi təkbaşına etməsinə bədəni artıq fiziki tab gətirmir.
İş prosesi zamanı lentə alınan kamera görüntüləri də xanımın dediklərini əks etdirib.
Qadının paylaşımı qısa zaman ərzində sürətlə sosial şəbəkələrdə “Bədənim artıq tab gətirmir” həştəqi ilə yayılıb.
Və kassirin bu üsyanına digər sahə çalışanları da qoşulub.
Paylaşımlara cavab olaraq mağaza şəbəkəsi bu açıqlamanı yayıb:
“Mağazadaxili kamera qeydlərini sızdıranlarla bağlı araşdırma açılıb”.