AZ

Rubio yeni mərhələnin başladığını ELAN ETDİ

"ABŞ və Çin strateji sabitlik dövrünün astanasındadır".

Publika.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz strateji sabitlik dövrünə qədəm qoyuruq. Axı biz dünyanın ən böyük iki iqtisadiyyatına sahibik. Düşünürəm ki, ABŞ ilə Çin arasında genişmiqyaslı ticarət münaqişəsindən Amerika müəyyən faydalar əldə edə bilərdi, lakin dünya bu münaqişədən zərər görərdi", - dövlət katibi deyib.

Rubionun fikrincə, ABŞ-ın Çinlə münasibətlərində çoxlu qıcıqlandırıcı məqamlar var ki, Vaşinqton bunları həll etməlidir.

Müsahibə zamanı dövlət katibi həmçinin bildirib ki, ABŞ Rusiyaya qarşı sektoral və bank sanksiyalarının tətbiqi ssenarisini istisna etmir, lakin bundan qaçmağa ümid edir. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın bir çox variantı var.

Seçilən
33
4
publika.az

8Mənbələr