Ermənistanın şərq bölgəsində zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Yeraltı təkanlar Martuni şəhərindən təxminən 6 kilometr məsafədə baş verib.
Məlumata əsasən, episentrdə zəlzələnin gücü 3 bal səviyyəsində olub. Təkanlar təkcə Martunidə deyil, eyni zamanda Dzorağyux, Liçk və Vardadzor kəndlərində də hiss edilib.
Hazırda zəlzələ ilə bağlı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.