AZ

“Çelsi” Kendri Paesi Fransa klubuna icarəyə göndərdi

“Çesli” 18 yaşlı ekvadorlu hücumameylli yarımmüdafiəçisi Kendri Paesi icarə müqaviləsi “əsasında” “Strasburq”a göndərib.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Kendri Paes “İndependyente del Valye”nin məzunudur. Yarımmüdafiəçi karyerası ərzində ancaq doğma klubu üçün çıxış edib, ümumilikdə “nəhənglərin qatilləri” üçün 70 oyun keçirib, 13 qol vurub və 6 məhsular ötürmə verib.

“Çelsi” Paesi 2025-ci ilin iyul ayında 10 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “zadəganalar”ın heyətinə qatıb.

Kendri Paes 2023-cü ilin sentyabr ayında debüt etdiyi Ekvador yığmasının heyətində 18 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Paesin qənimətlər muzeyində “İndependyente del Valye” ilə qazandığı Ekvador Super Kuboku (2022/2023), Cənubiamerikan Kuboku (2021/2022) və Cənubiamerikan Rekopası (2022/2023) var.

“Transfermarkt” internet-portalı 18 yaşlı ekvadorlu yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
46
arena.az

1Mənbələr