ABŞ və Çin strateji sabitlik dövrünün astanasındadır.
Editor.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.
“Biz strateji sabitlik dövrünə qədəm qoyuruq. Axı biz dünyanın ən böyük iki iqtisadiyyatına sahibik. Düşünürəm ki, ABŞ və Çin arasında tam miqyaslı ticarət müharibəsi ABŞ-ın xeyrinə ola bilər, amma dünya bundan zərər çəkəcək”,-deyə bildirilib.
Rubionun sözlərinə görə, ABŞ-Çin münasibətlərində Vaşinqtonun həll etməli olduğu bir çox narahatedici məsələlər də var.
//Gülnarə Abasova, Editor.az