AZ

Türkiyə futbol tarixinin ən bahalı transferi

“Qalatasaray” Viktor Osimhenin transfer hüquqlarını “Napoli”dən alıb. Msport.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Nigeriyalı hücumçunun transferi 75 milyon avroya başa gəlib. Bu, Türkiyə futbol tarixinin ən bahalı transferi olub.

Osimhenin növbəti satışlarından “Napoli”yə 10 faiz çatacaq.

Forvard İstanbul klubunda ayda 15 milyon avro qazanacaq. Bundan başqa, 1 milyon avro bonus və imic hüquqlarının istifadəsinə görə isə 5 milyon avro ödənməsi nəzərdə tutulub.

 

Seçilən
7
msport.az

1Mənbələr