AZ

Belarus milli statistika kKomitəsi şok statistika dərc edib…

…Deməli, “Əhalinin sosial vəziyyəti və həyat səviyyəsi” toplusunda təqdim olunan məlumatlara əsasən, 2024-cü ildə ölkədə yeni doğulmuş körpələrə nisbətən ölüm hallarının əhəmiyyətli dərəcədə çoxluğu qeydə alınıb.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, il ərzində 58938 nəfər doğulub, 115124 nəfər ölüb ki, bu da əhalinin hər min nəfərinə 6,5 doğulan, 12,5 ölüm deməkdir.

…Boşluq xüsusilə kənd yerlərində nəzərə çarpır: 13 324 doğuş və 37 643 ölüm kənd yerlərində baş verib.

45,6 min nəfər şəhərlərdə doğulub, 77,5 min nəfər ölüb.

2024-cü ildə doğulanda gözlənilən ömür uzunluğu 74,7 yaş olub: kişilər üçün 69,3, qadınlar üçün 79,8…

Ən yüksək göstərici Minskdə - 77,9 il, ən aşağı göstərici Vitebsk və Mogilev vilayətlərində - 73,5 il qeydə alınıb.

Əli Babayev

Seçilən
7
sia.az

1Mənbələr