AZ

“Reuters”: İsrail GHF-ni dəstəkləmək üçün 30 milyon dollar ayırmağa razıdır

İsrail GHF-ni dəstəkləmək üçün 30 milyon dollar ayırmağa razıdır.

İnterpress.az xəbər verir ki, bu barədə Reuters məsələ ilə bağlı məlumatlı iki mənbəyə istinadən məlumat yayıb.

Ağ Evin yüksək rütbəli rəsmiləri Konqresə İsrailin Qəzza Humanitar Fonduna (GHF) dəstək üçün 30 milyon dollar ayırmağa razı olduğu barədə məlumat verib.

Qeyd olunur ki, bu barədə Trampın xüsusi nümayəndəsi Uitkoffun köməkçiləri iyulun 8-də və 9-da ABŞ Senatının və Nümayəndələr Palatasının komitələrini məlumatlandırıblar.

Başqa bir mənbə Trampın anklava 60 milyon dollar yardım ayırması ilə bağlı bəyanatına istinad edərək qeyd edib ki, Amerika lideri çox güman ki, ABŞ və İsrailin vəsaitlərini birləşdirib.

Eyni zamanda, Dövlət Departamentinin və yəhudi dövlətinin hakimiyyət orqanlarının bu xəbərlərə heç bir şəkildə münasibət bildirmədiyi bildirilir.

İyunun 26-da ABŞ Dövlət Departamenti GHF üçün eyni həcmdə maliyyənin ayrılmasını təsdiqləyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
36
3
interpress.az

4Mənbələr