AZ

Yevlaxda evdən ata və qızının meyiti tapıldı

Yevlaxda evdən ata və qızının meyti tapılıb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Aran qəsəbəsində baş verib. 

Rayon sakini 1977-ci il təvəllüdlü Məhəbbət Bayramov bir neçə gün öncə yaşadığı evdə intihar edib. Onun övladı 2002-ci il təvəllüdlü Səbinə Bayramova isə birinci qrup əlil olduğundan aclıqdan öldüyü bildirilir.

Evdən səs gəlməyən qonşular otağa daxil olarkən hər iki şəxsin öldüyünü görüb. Və hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verib.

Faktla bağlı araşdırmaya aparılır.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Ziya Əmirxanlı

Seçilən
39
12
qafqazinfo.az

10Mənbələr