İspaniya millisinin futbolçusu Emerik Laport Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"dən ayrılacaq.
Teleqraf xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Jorji Jezuş "Mundo Deportivo"ya açıqlamasında deyib.
"Laport klundan ayrılacaq. Onun əvəzinə yeni mərkəz müdafiəçisi transfer ediləcək", - deyə portuqaliyalı mütəxəssis bildirib.
Qeyd edək ki, "Əl-Nəsr" Emerik Laportu 2023-cü ildə İngiltərənin "Mançester Siti" klubundan 27,5 milyon avroya transfer edib. 31 yaşlı müdafiəçi Ər-Riyad təmsilçisi ilə iştirak etdiyi 69 oyunda 9 qol müəllifi olub. Onun müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.