AZ

Ekspert: Çinlilər Putinin “bədəninin qorunmasına” kömək edir

Rusiya prezidenti Vladimir Putinin fiziki vəziyyətinin qorunmasında Çin texnologiyaları və mütəxəssisləri mühüm rol oynayır. Bu barədə rusiyalı politoloq və publisist Valeriy Solovey məlumat verib.

Ekspertin sözlərinə görə, son illərdə Kreml rəhbəri mütəmadi olaraq Şərq təbabətinə, o cümlədən Çin mənşəli qeyri-ənənəvi müalicə üsullarına müraciət edir. Söhbət orqanizmin gəncləşdirilməsi və fiziki durumunun sabit saxlanılması məqsədilə istifadə olunan xüsusi preparatlar və prosedurlardan gedir.

Solovey iddia edir ki, Çin tərəfi təkcə texnologiya deyil, eyni zamanda bu sahədə ixtisaslaşmış mütəxəssisləri də Moskvaya göndərir. Onlar rusiyalı həkimlərlə əməkdaşlıq edərək Vladimir Putinin sağlamlıq vəziyyətinə dair məsləhətlər verir.

Rəsmi Kreml bu kimi məlumatları şərh etmir və prezidentin sağlamlıq durumu ilə bağlı yayılan xəbərləri dəfələrlə təkzib edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr