AZ

“Sabah”ın baş məşqçisindən qələbə şərhi

“Sabah” Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında bu gün Moldovanın “Petrokub” klubunu qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, 4:1 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis rəqibin güclü olduğunu bildirib:

“İlk öncə “Sabah”la bağlı olan hər kəsi təbrik edirəm. Azarkeşləri, rəhbərliyi – bir sözlə, hər kəsi növbəti mərhələyə adladımız üçün təbrik edirəm.

Oyunda isə hər şey bizim əlimizdə idi. 2:0 öndə olmağımız heç bir halda bizi rahatlaşdıra bilməzdi. Əlbəttə ki, biz rəqibdən güclü idik. Son bir həftə ərzində məşqçilər heyətinin ən başlıca işi oyunçuları rahatlaşmağa qoymamaq idi.

Mən onu qeydə edə bilərəm ki, biz oyunun ritminə tez girdik. İlk oyundan fərqli olaraq rəqibdən çox üstün oynadıq. İki qol vurduqdan sonra başladıq oyundan həzz almağa.

Bu oyun bizə böyük informasiya verdi. Rəqib qapıdan çıxarkən etdiyimiz pressinq çox da xoşuma gəlmədi. Bəzi mövqe səhvlərimiz oldu. Bunların üzərində işləməliyik. Çünki qarşıdan gələn rəqib daha güclü olacaq. Ona görə də, bərpa prosesini keçib sabahdan məşqlərimizə başlayacağıq.

Düzdür, bu oyun bizə çoxlu məlumat verdi ki, nələrisə inkişaf etdirməliyik, nələri düzəltməliyik. Bu sadəcə dörd pilləli bir nərdivandır. Və biz bu gün bunlardan birini geridə qoymuşuq. Qarşıda nələr olacaq, görəcəyik.

Oyun bu şəkildə bitdiyinə görə hər kəsə asan gələ bilər. Hesab böyük də olsa, biz hamıya hörmətlə yanaşırıq. Amma onu deyim ki, bu qələbənin arxasında çox ağır bir iş var.

Ayaz Quliyev əvvəlki oyunda çıxış etməmişdi. Amma bu gün onun aldığı sarı vərəqə mənə görə çox asan alınmış bir vərəqə idi. Futbolçular meydanda müntəzəm oynamaq üçün vuruşurlar. Onun aldığı sarı vərəqə də bəlkə, bundan qaynaqlanırdı. Amma mənə görə, bu, futbolun bir hissəsidir.

Tamamilə deyə bilərəm ki, bu mənim üçün heç bir fərq eləmir. Kim gəlirsə-gəlsin, mən öz komandama köklənirəm. Enerjimi başqa şeylərə xərcləmək istəmirəm”.

Tərəflər arasında keçirilən ilk oyunda da səfərdə qələbə qazanan (2:0) Masazır təmsilçisi Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.

Seçilən
19
qafqazinfo.az

1Mənbələr