“Barbie” brendi üçün kolleksiya kuklaları yaradan və Madonnadan ilham alan Mario Paglino və Gianni Grossi İtaliyada avtomobil qəzasında həlak olublar.
Sfera.az bildirir ki, “Barbie” kolleksiya kuklalarının və “Magia2000”nin yaradıcıları məşhur dizaynerlər Mario Paglino və Gianni Grossi İtaliyanın Piemont və Lombardiya bölgələrinin sərhəddində baş-başa toqquşma nəticəsində həlak olublar.
Yerli KİV-in məlumatına görə, faciə əks istiqamətdə hərəkət edən avtomobillərdən birinin qarşıdan gələn zolağa çıxması nəticəsində baş verib. Qəza nəticəsində 4 nəfər ölüb. Qeyd edək ki, Paglino və Grossi təkcə iş ortağı deyil, həm də şəxsi həyatlarında cütlük olublar.
“Barbie” brendinin sahibi Mattel İnstaqramda yayımladığı xüsusi açıqlamada başsağlığı verib: “Barbie komandası “Magia2000” kimi “Barbie” dünyasına sevinc və ilham gətirən istedadlı rəssamlar Mario Paglino və Gianni Grossinin itkisinə görə dərin kədər hissi keçirir”.
Açıqlamada qeyd olunub ki, dizaynerlər məşhur simalara, o cümlədən Cher, Ledy Gaga, Sophia Loren, Victoria Beckham və başqalarına həsr olunmuş çoxsaylı müəllif kuklaları hazırlayıblar. Onların ən məşhur işi 2009-cu ildə Londonda keçirilən "Simply Madonna" sərgisindən sonra məşhurlaşan Madonna kuklası idi. Məhz o zaman cütlük pop ikonu ilə ilk dəfə "The Graham Norton Show" filminin çəkilişləri zamanı tanış olmuşdular və burada ona kuklalarından birini hədiyyə etmişdilər.
Mattel dizaynerlərin xeyriyyə işini də qeyd edib: “Onların səxavətinin həddi-hüdudu yox idi – onlar dünya üzrə xeyriyyə hərraclarında satılan unikal kuklalar yaratdılar”.
Bəzi məlumatlara görə, bu tədbirlərdən biri xeyriyyə məqsədi ilə 15 min dollardan çox gəlir gətirdi.
“Barbie” şirkəti də sosial mediada qeyd edib ki, cütlük həmişə istilik, yumor və birlik hissi əlavə edib və onların kuklaları sənət və ehtirasın təcəssümü olaraq “Barbie” dünyasında əbədi olaraq qalacaqlar.
Xatırladaq ki, 2016-cı ildə Mario Paglino və Canni Grossi kolleksiya kukla mədəniyyətinin inkişafına böyük töhfələrinə görə “Barbinin ən yaxşı dostları” adına layiq görülüblər. Onların şirkəti “Magia2000” unikal üslubu və yüksək detal səviyyəsi ilə dünyanın hər yerindən kolleksiyaçılara məlum idi.
Aynil