AZ

Rubio Fələstin dövlətinin yaradılması üçün əsas şərti açıqladı

BAKI. 31 iyul. TELEQRAF

Fələstin dövlətinin yaradılması üçün İsrailin razılığı tələb olunur.

Teleqraf xəbər verir ki, bu şərti ABŞ-nin Dövlət katibi Marko Rubio “Fox Radio”ya müsahibəsində açıqlayıb.

"Fələstini tanıyan ölkələrin heç biri Fələstin dövlətini yaratmaq imkanına malik deyil. İsrail razı olmasa, Fələstin dövləti ola bilməz", - o bildirib.

ABŞ Dövlət katibinin sözlərinə görə, Fələstinin birtərəfli tanınması səmərəli addım deyil. Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, Fələstini tanıyan ölkələr hətta "bu dövlətin harada yerləşdiyi və onu kimin idarə edəcəyi" barədə qərar verə bilmirlər.

Seçilən
22
teleqraf.com

1Mənbələr