"Sabah" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Petrokub"u məğlub etdi - 4:1 (ümumi hesab - 6:1).
"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Hər şey bizim əlimizdə idi. 2:0 hesabıyla öndə olmağımız bizi arxayınlaşdıra bilərdi. Buna görə narahat idim. Heç kim "Petrokub"dan daha güclü olduğumuzu düşünməməliydi. Bir həftə ərzində oyunçuların arxayınlaşmasına imkan verməmək üçün əlimizdən gələni etdik. Bu, komandanın inkişafı üçün vacibdi. Oyuna tez başladıq, ritmi dərhal yaxaladıq. Texniki, düzülüş və quruluş baxımından daha üstün idik. Hesab 2:0 olduqdan sonra bir qədər arxayınlaşma hiss edilirdi. Bu üzdən, qol buraxdıq. Komandamın rəqibin fərqlənməsindən sonrakı reaksiyası çox xoşuma gəldi. Bu matç gələcəyimiz üçün informasiya verdi. Bəzi dəqiqələrdə istədiyimizi edə bilmədik. Futbolçuların bəzi səhvləri xoşuma gəlmədi. Daha yaxşısını etməliyik. Bundan sonrakı rəqibimiz daha güclü olacaq. Sabahdan etibarən məşqlərə başlayacağıq.
- Bu oyun və nəticə sizə əsas mərhələ xəyalları qurdururmu?
- Təsəvvür edin ki, pilləkandayıq və bura 4 pillədən ibarətdi. Bu gün növbəti pilləyə yüksəldik. Hələ ki, bundan sonrakı mərhələyə köklənməliyik.
- Ötən mövsüm Konfrans Liqasının 1/4 finalına qədər irəliləyən "Petrokub"u böyük hesabla məğlub edəcəyinizi düşünürdüz?
- Bəlkə də kənardan nəsə asan görünə bilər. İnanın ki, bu işin arxasında çox böyük əziyyət, istək və əzmkarlıq dayanır. Biz "Sabah"ın daha yaxşı olmasını istəyirik.
- Abdulla Xaybullayevin sarı vərəqə aldığı epizodu necə şərh edərdiz?
- Bəlkə, Ayaz Quliyevi deyirsiz? Onu nəzərdə tutursuzsa, mənə görə asan sarı vərəqə idi. Təbii ki, bu, oyunun bir parçasıdı. Ayaz ilk görüşdə meydanda yox idi. Bu gün sona qədər döyüşmək istəyirdi. Bəzən layiq olmadığını düşünürsən, bəzən də əksini.
- Hücum xəttiniz göz oxşayır: 4 oyun, 11 qol. Bu barədə düşüncələriniz necədi?
- Mən hücum futbolu oynatmağı sevirəm. Hər hücumda bütün komandanın əməyi var. Bəzən çalışırıq ki, qollar buraxmayaq. Bunun üçün hər zaman hücum futbolu barədə danışırıq.
- Növbəti mərhələdə kiminlə qarşılaşmaq istəyərdiz? "Levski", yoxsa "Braqa"?
- Bu seçimim nəticəyə təsir göstərməyəcək. Ona görə də önəmi yoxdu. Belə şeylərə enerji sərf etmək istəmirəm.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta