“İnter Mayami” klubunun kapitanı və hücumçusu Lionel Messi yaxın günlərdə ABŞ təmsilçisi ilə yeni müqavilə imzalayacaq.
90deqiqe.Az xəbər verir ki, yeni razılaşmanın 2028-ci ilə qədər uzadılması planlaşdırılır.
Hazırda 38 yaşlı argentinalının “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir.
Messi “İnter Mayami”yə 2023-cü ilin yayında azad agent kimi qoşulub. O vaxtdan bəri o, bütün turnirlərdə 69 matçda meydana çıxaraq 58 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalının məlumatına əsasən, təcrübəli futbolçunun hazırkı bazar dəyəri 18 milyon avrodur.