Avropa yay fəslini ABŞ ilə münasibətlərin pisləşəcəyi qorxusu ilə qarşılayıb. Financial Times yazır ki, Ukraynanın gələcəyi, NATO-nun taleyi və ticarət əlaqələri ilə bağlı qeyri-müəyyənlik Avropa liderlərini ciddi narahat edib.
ABŞ prezidenti Donald Tramp NATO-nu “köhnəlmiş qurum” adlandıraraq, Avropa İttifaqından (Aİ) ciddi güzəştlər tələb edib. O, Aİ-ni sərt tənqid etsə də, sonradan mövqeyini bir qədər yumşaldıb. Lakin Financial Times qeyd edir ki, Trampın təzyiqləri Avropaya “alçaldıcı yay” yaşadıb.
Nəticədə Aİ kompromisə getməyə məcbur olub — NATO müdafiəsinə milyardlarla avro ayırmağa, Kiyevə silah tədarükünü maliyyələşdirməyə və ABŞ-ın artırdığı tariflərlə razılaşmağa razı olub.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ prezidentinin ticarət iddialarını qəbul edib ki, bu da Avropa daxilində tənqidlərə səbəb olub. Nəşr yazır ki, Aİ daxili parçalanma və zəiflik səbəbindən ticarət maraqlarını qoruya bilməyib və Vaşinqtonun təzyiqinə qarşı çıxmaqda aciz qalıb.
//Samir Qurbanov, Editor.az