AZ

Millimizin üzvü oynadı, komandası növbəti mərhələyə yüksəldi

Millimizin üzvü Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstanın "Arda" klubu UEFA Konfrans Liqasında II mərhələ çərçivəsinin cavab matçı çərçivəsində Finlandiya təmsilçisi HİK-lə qarşılaşıb.

Sportal.az xəbər verir ki, matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Əsas və əlavə vaxtda qalib müəyyənləşmədiyi üçün matç penaltilər seriyasına qədər uzanıb. Belədə “Arda” 4:3 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Hüseynovun matçın start heyətində yer alıb və görüşün sonuna qədər meydanda olub. O, penalti seriyasında iştirak etməyib.

saytlarin hazirlanmasi

Seçilən
37
2
sportal.az

3Mənbələr