Türkiyənin “Qalatasaray” klubu nigeriyalı hücumçu Viktor Osimhenin transferini açıqlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı forvardla dördillik müqavilə imzalanıb.
Osimhenin transfer qiyməti 75 milyon avro təşkil edir ki, bu da Türkiyə futbol tarixində ən bahalı transfer hesab olunur. Razılaşmaya əsasən, “Napoli” futbolçunun gələcək satışından 10% pay alacaq.
Nigeriyalı hücumçu ötən mövsüm “Qalatasaray”ın heyətində icarə əsasında çıxış edib və bütün turnirlərdə 41 matçda meydana çıxaraq 37 qol vurub, 8 məhsuldar ötürmə verib. Onun çıxışı komandaya həm Superliqanın, həm də Türkiyə Kubokunun qalibi olmağa kömək edib.
Qeyd edək ki, Osimhen daha əvvəl Almaniyanın “Volfsburq”, Belçikanın “Şarlerua” və Fransanın “Lill” klublarında da çıxış edib.