Bir neçə gün öncə qalmaqal yaşayan Əməkdar artist Fərqanə Qasımova ilə Avroviziya qalibimiz Nigar Camalın haqqında dezinformasiya yayılıb.
Bizim.Media xəbər verir ki, F. Qasımovanın erkən nikahlara diqqət çəkmək üçün səsləndirdiyi “O olmasın, bu olsun” filmindəki mahnı yanlış yerə çəkilib.
Belə ki, video kəsilərək Qasımovanın Nigara söz atdığı iddiası ilə paylaşılıb.
“Qoca kaftar, sənə 15 yaşı olan qız nə gərək?” - deyə, qeyd edilən ifanın tam versiyası paylaşılıb və Qasımovanın erkən nikahlardan bəhs etdiyi məlum olub.
Qeyd edək ki, tərəflər arasında qalmaqal F. Qasımovanın Nigarın “DreamFest” geyimini tənqid etməsindən sonra başlayıb.
Sara, Bizim.Media