AZ

“Araz-Naxçıvan”ın potensial rəqibi bəlli oldu

BAKI, 31 iyul. TELEQRAF

“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində potensial rəqibi məlum olub.
Teleqraf xəbər verir ki, Naxçıvan təmsilçisi “Aris” səddini keçəcəyi təqdirdə, Kipr “Omoniya”sı ilə qarşılaşacaqlar.

"Omoniya" turnirin II təsnifat mərhələsində evdə 1:0 hesabı ilə yendiyi Gürcüstanın "Torpedo Kutaisi" komandasını səfərdə darmadağın edib - 4:0.

Qeyd edək ki, hazırda davam edən “Aris” - “Araz-Naxçıvan” matçında Elmar Baxşıyevin kollektivi 2:0 hesabı ilə öndədir. Bakıda keçirilmiş ilk qarşılaşma “qırmızı-ağlar”ın 2:1 hesablı üstünlüyü ilə başa çatmışdı.

Seçilən
112
2
teleqraf.com

2Mənbələr