AZ

Rusiya hakerləri Avropaya kütləvi kiberhücum barədə xəbərdarlıq ediblər

"KillNet" hakerləri Avropada kollaps yaradacaqlarını vəd ediblər.

Qaziler.az ura.ru-ya istinadən bildirir ki, Rusiyanın “KillNet” haker qrupu iyulun 29-u və 30-da Rusiya resurslarına baş verən son hücumlara cavab olaraq genişmiqyaslı kiberhücum hazırladığını açıqlayıb.

Bu barədə qrupun özü məlumat yayıb.

"Təklif edirəm ki, Avropa İttifaqı bizim oyunumuzu oynasın. Biz hücum edirik, siz özünüzü müdafiə edirsiniz. Ölkələriniz bizim poliqonumuzdur. Komandamız misli görünməmiş şəbəkə silahı yaradıb. Bu, istənilən ölkəni tam bərpa olunana qədər aylarla təcrid etməyə qadirdir. Bu, DDOS deyil, bu, qəsbkarlıq  deyil - bu, "Cihazınız artıq işləmir" kateqoriyasından bir şeydir", - "KillNet" kanalı yazır.

Son günlər Rusiyada silsilə irimiqyaslı kiberhücumlar qeydə alınıb: iyulun 29-u və 30-da AirNet internet provayderi, “Stoliçki” və “Neofarm” aptek şəbəkələri, “Dobrotsen” mağazaları sıradan çıxıb. Mütəxəssislərin fikrincə, Rusiya şirkətlərinə hücumların intensivliyi və gücü onların sayının ümumi azalmasına baxmayaraq artır və hakerlər infrastruktura yeni təsir üsullarından getdikcə daha çox istifadə edirlər.

QAZİLER.AZ

Seçilən
7
qaziler.az

1Mənbələr