
Amerikalı teatr rejissoru Robert Uilson uzun sürən xəstəlikdən sonra iyulun 31-də Nyu-Yorkun Uoatemill şəhərində vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun rəsmi saytına məlumat paylaşılıb.
Uilsonun 83 yaşı var idi.
Qeyd edək ki, Robert Uilson 20-ci əsrin sonu - 21-ci əsrin əvvəlləri teatr avanqardının və məkanın, geyimlərin, qrim və işıqlandırmanın mətndən az rol oynamadığı vizual teatrın ən mühüm nümayəndələrindən biridir.
Rejissor ilk tamaşalarını 1969-cu ildə Nyu-Yorkda səhnəyə qoyub, 1971-ci ildə Parisdə “Kar baxış”ı səhnələşdirdikdən sonra uğur qazanıb və beynəlxalq səviyyədə tanınıb.