AZ

Sumqayıtda yanğın başladı


Sumqayıtda açıq ərazidə yanğın başlayıb.

News24.az xəbər verir ki, hadisə "Qurd dərəsi" adlanan ərazidə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Sumqayıtda açıq ərazidə kol-kos yanması barədə məlumat daxil olub. 

Məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunublar.

Hazırda yanğının söndürülməsi işləri davam edir.


Seçilən
61
3
news24.az

9Mənbələr