AZ

Yexlaxda evdə ata və azyaşlı əlil qızının meyiti tapılıb

Yevlax rayonunun Aran qəsəbəsində yaşayış evindən evdən biri azyaşlıya məxsus olmaqla iki meyit aşkarlanıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, meyitlər Məhəbbət Əvəz oğlu Zeynalov və onun birinci qrup əlil qızına məxsusdur. İlkin məlumata görə, ata üç gün əvvəl intihar edib. Evdə tək qalan azyaşlı qızın isə aclıqdan öldüyü ehtimal olunur. Hər iki meyitin bu gün aşkarlandığı bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Seçilən
4
8
avtosfer.az

10Mənbələr