AZ

Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək

Ermənistanın polis qvardiyası antiterror əməliyyatları keçirmək üçün xüsusi texnika - BTR-80 zirehli döyüş maşınları və BRDM-2 kəşfiyyat-patrul maşını ilə təchiz ediləcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, müvafiq qərar hökumətin iclasında qəbul edilib. Bildirilib ki, texnika, həmçinin hərbi vəziyyət elan edilə biləcək ərazilərdə hərbi əməliyyatlar üçün istifadə olunacaq. Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək. Qeyd edək ki, 2024-cü ildən Ermənistanda polis qvardiyası daxili qoşunları əvəz edib.

Seçilən
45
3
avtosfer.az

4Mənbələr