Azərbaycan təmsilçisi "Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Petrokub"ı darmadağınla məğlub edərək növbəti tura vəsiqə qazanıb - 4:1.
Apasport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyun barədə fikirlərini bölüşüb. Daha sonra isə jurnalistlərin suallarını cavablayıb:
"Hamını təbrik etmək istəyirəm. Oyunda hər şey bizim əlimizdə idi. 2:0 öndə olmağımız bizi rahatlaşdıra bilərdi. Bundan narahat idim. Bilirdik ki, rəqibdən daha güclüyük. Bu səbəbdən rahatlaşmaq olmazdı. Əlbəttə ki, bir həftə ərzində işimizdən biri bu idi. Daha da inkişaf etmək üçün matça rahatlaşmadan çıxmaq lazım idi. Onu qeyd edə bilərəm ki, oyunun ritminə tez uyğunlaşdıq. İlk oyunla müqayisədə rəqibdən çox üstün idik. Oyundan həzz aldıq. Rəqib fərqləndikdən sonra mənim oyunçularımın reaksiyası çox xoşuma gəldi. Hesabdan bəlli idi ki, mərhələni keçmişik. Amma hamı ciddi yanaşırdı".
- Bu oyun sizdə liqa mərhələsi xəyalları yaradır?
- Bu, nərdivandır. 4 pilləkəni var. Yalnız birini aşmışıq. Digərləri qalıb. Nələr etməli olduğumuzu bilirik. Növbəti matçlara köklənməliyik.
- Ötən mövsüm Konfrans Liqasının əsas mərhələsində mübarizə aparan komandanı belə asan məğlub edəcəyinizi düşünürdünüz?
- Bu hesab sizə asan görünə bilər. Amma hər kəs hörmət edirik. Bu nəticə üçün futbolçularım çox əziyyət çəkdilər. Qələbənin arxasında çox ağır iş dayanır.
- Abdulla Xaybullayevin sarı vərəqə aldığı epizodu necə şərh edərdiz?
- Bəlkə, Ayaz Quliyevi deyirsiniz? Onu nəzərdə tutursunuzsa, mənə görə asan sarı vərəqə idi. Amma sarı kartlar oyunun bir parçasıdır. Ayaz ilk görüşdə meydanda yox idi. Bu gün sona qədər döyüşmək istəyirdi. Bəzən layiq olmadığını düşünürsən, bəzən də əksini.
- Hücum xəttiniz göz oxşayır: 4 oyun, 11 qol. Bu barədə nə deyə bilərsiniz?
- Ötən dəfə dediyim kimi, mən hücum futbolu oynatmağı sevirəm. Hər hücumda bütün komandanın əməyi var. Bəzən çalışırıq ki, qollar da buraxmayaq. Bunun üçün hər zaman hücum futbolu barədə danışırıq.
- Növbəti mərhələdə kiminlə qarşılaşmaq istəyərdiniz? "Levski", yoxsa "Braqa"?
- Bu seçimim nəticəyə təsir göstərməyəcək. Ona görə də önəmi yoxdur. Daha çox komandama köklənirəm. Belə şeylərə sərf edəcək enerjim yoxdur.
“Sabah” - “Petrokub”: Heyətlər
"Sumqayıt"dan növbəti transfer: Beninli vingerlə 3 illik müqavilə
“Neftçi” AEL-lə qarşılaşacaq
“İmişli”də yeni müdafiəçi
Sekidika uğrunda yarış: "Neftçi"nin ardınca Kipr klubu da onu istəyir