AZ

“Sabah”ın baş məşqçisi: Addım-addım irəli getmək istəyirik

Bakı, 31 iyul, AZƏRTAC

Qələbə münasibətilə hər kəsi təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın “Petrokub” komandasına 4:1 hesabı ilə qalib gəldikləri cavab görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib.

O, komandasının layiqli mübarizə apardığını bildirib: "Bilirdik ki, biz "Petrokub"dan güclüyük. Sadəcə, arxayınlaşmaq olmazdı. Bir həftə ərzində bunun üzərində işlədik. Moldovadakı oyundan fərqli olaraq, taktiki düzülüşümüz dəyişmişdi. Artıq dördüncü qoldan sonra növbəti mərhələyə vəsiqə qazandığımız bəlli idi. Bu matç inkişafımız üçün vacibdir".

Mütəxəssis matç ərzində mövqe səhvləri etdiklərini söyləyib: "Sanki futbolçularım arxayınlaşmışdı. Bu da məni narahat edirdi. Hələ qarşımızda iki görüş var. Addım-addım irəli getmək istəyirik".

“Sabah” III təsnifat mərhələsində “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə qarşılaşacaq.

 

Seçilən
25
3
azertag.az

4Mənbələr