AZ

Bakıda dəhşətli qəzada dünyasını dəyişmiş gəncin FOTOSU


Xəbər verdiyimiz kimi, dünən paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsi, Sarayevo küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, hərəkətdə olan "Volkswagen Passat" markalı avtomobilin sürücsü piyada keçidindən keçən 2 nəfəri vurub. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib. Ölənlərdən biri - Füzuli rayon Qarakollu kənd sakini Əhmədzadə Siruz Famil oğlu magistratura üzrə təhsilini fərqlənmə ilə yenicə tamamlayıb, bankda işləyirmiş. Onun atası qazi və şairdir.

Siruz dostu ilə məşqdən qayıdarkən yüksək sürətlə gələn avtomobil onları vurub. Ardınca idarəetməni itirən maşın ağaca çırpılıb. Avtomobil qəza törədən sürücüyə məxsus deyilmiş.


Seçilən
80
23
news24.az

1Mənbələr